RU

Almaniya kansleri: “İran rejimi bitməlidir”

Almaniya kansleri Fridrix Merz Yaxın Şərqdə artan gərginlik fonunda həm İsrailə, həm də İrana yönəlmiş diqqətçəkən açıqlamalar verib.

"Ölkə.az" xəbər verir ki, Merz İsrailin Livandakı hərbi əməliyyatları ilə bağlı ciddi narahatlıq ifadə edib və rəsmi Təl-Əvivi mülki hədəflərə zərbə endirməməyə çağırıb.

Almaniya hökumət başçısı bildirib ki, İsrailin Livanda mümkün quru əməliyyatı onsuz da gərgin olan humanitar vəziyyəti daha da ağırlaşdıra bilər. Onun sözlərinə görə, belə bir addım bölgədə eskalasiyanı dərinləşdirəcək və bu, səhv yol olar.

Merz xüsusilə vurğulayıb ki, İsrail Livandakı BMT-nin Müvəqqəti Qüvvələrini və mülki obyektləri hədəfə almamalıdır. O, İsraili bu addımdan çəkinməyə çağıraraq bildirib ki, Almaniya vəziyyəti böyük narahatlıqla izləyir.

Almaniya kansleri İranla bağlı mövqeyini də açıq şəkildə ifadə edib. Merzin sözlərinə görə, hazırkı İran rejimi sona çatmalı və onu demokratik legitimliyə malik hökumət əvəz etməlidir.

Избранный
70
2
olke.az

10Источники