RU

“Gəlin tap”, “kürəkən tap”: valideynlər üçün xüsusi tanışlıq tətbiqləri yarandı

Çində ailə qurmaq məsələsində maraqlı bir tendensiya formalaşır – valideynlər övladlarına uyğun həyat yoldaşı tapmaq üçün xüsusi tətbiqlərdən istifadə etməyə başlayıblar.

Musavat.com xəbər verir ki, bu platformalar məşhur tanışlıq tətbiqlərinə bənzəsə də, əsas istifadəçilər gənclər deyil, onların valideynləridir.

Məlumata görə, Çində uzun illərdir mövcud olan “evlilik guşələri” adlı ənənəvi görüş yerləri indi rəqəmsal formaya keçib. Əvvəllər valideynlər park və meydanlarda subay övladlarının anketlərini nümayiş etdirirdilərsə, indi həmin proses xüsusi tətbiqlər və onlayn platformalar vasitəsilə həyata keçirilir.

Bu tətbiqlərdə qeydiyyatdan keçən valideynlərə “gəlin tap” və ya “kürəkən tap” kimi seçimlər təklif olunur. Tanışlıq prosesi isə kuratorların idarə etdiyi qapalı qruplarda aparılır. Kuratorlar tərəflər arasında əlaqəni qurur və uyğun namizədlərin seçilməsinə kömək edir.

Ekspertlər hesab edir ki, bu platformalar yaşlı nəslin narahatlığından kommersiya məqsədilə istifadə edir. Valideynlərə övladlarının gələcəyi ilə bağlı təcili qərar vermək hissi aşılanır və beləliklə, xidmətlərə tələbat artır.

Namizədlər üçün qoyulan tələblər isə kifayət qədər sərtdir. Rəqəmsal anketlərdə gəlir səviyyəsi, yaşayış yeri, qeydiyyat ünvanı və sosial status kimi göstəricilər detallı şəkildə qeyd olunur. Bu da evlilik prosesini emosional seçimdən daha çox sosial və iqtisadi kriteriyalar üzərində qurulan bir mexanizmə çevirir.

 

Musavat.com

Избранный
55
musavat.com

1Источники