RU

Gürcüstanın Baş naziri: Ölkəmizi daim təxribat törədən qüvvələrdən qoruyuruq

Tbilisi, 17 mart, AZƏRTAC

Biz daim müdafiə rejimindəyik və özümüzü, ilk növbədə ölkəmizi təxribatla məşğul olan, sülhü və sabitliyi pozmaq istəyən siyasi qüvvələrdən qoruyuruq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalında müxalifətlə debat zamanı bildirib.

Hökumət başçısı qeyd edib ki, ölkədə qütbləşmə xaricdən dəstəklənir və Gürcüstan dövlətinə, kilsəyə və müqəddəs olan hər şeyə qarşı qəsdən nifrət səpilir.

“Kifayət qədər təzyiqə baxmayaraq, bizi birbaşa müharibəyə sürükləmək, sanksiyalar tətbiq etməyə və könüllü döyüşçülər göndərməyə çağırırdılar. Daha sonra haqsız yerə bizə namizəd statusu vermədilər, şəffaflıq qanununu isə Rusiya qanunu adlandırdılar. Bütün bunlara baxmayaraq, ölkə güclənir, iqtisadi və siyasi cəhətdən inkişaf edir, suverenliyimiz möhkəmlənir”, – deyə Kobaxidze vurğulayıb.

O əlavə edib: “Belə şəraitdə uğur qazanmaq asan deyil, amma nəticədə sülhü və sabitliyi qoruyub saxlaya bilirik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
48
1
azertag.az

2Источники