10 km qaçış zamanı bədən təxminən 8 min zərbə qəbul edir.
Redaktor.az xəbər verir ki, bu barədə travmatoloq-ortoped Mixail Ryazantsev "Gazeta.ru"ya açıqlamasında bildirib.
O izah edib ki, qaçış texnikasındakı səhvlər və istirahət etmədən qaçmaq oynaqlarda zədələrin toplanmasına səbəb olur.
Həkimin sözlərinə görə, qaçış zamanı ağrı və ya narahatlıq yaranarsa, məşqi davam etdirmək olmaz.
Həddindən artıq fiziki yük bağların iltihabına, qığırdaq zədələnməsinə və baldır nahiyəsində ağrılara səbəb ola bilər. Qaçış zamanı Axilles vətərinə də böyük yük düşür və bu, bəzi hallarda vətərin qismən qopmasına gətirib çıxara bilər.
Mütəxəssis oynaqları qorumaq üçün düzgün qaçış texnikasından istifadə etməyi, uyğun idman ayaqqabısı seçməyi və məşqlə istirahəti növbələşdirməyi tövsiyə edib. Ağrı davam edərsə, travmatoloq-ortopedə müraciət etmək lazımdır.