RU

Parisdə fırıldaqçı təqaüdçünün yarım milyon avroluq qızılını ələ keçirib

ain.az, Oxu.az saytına istinadən bildirir.

Fransanın paytaxtı Parisdə özünü "etibarlı bankın kuryeri" kimi təqdim edən şəxs yaşlı qadından ümumi dəyəri 530 min avro olan dörd qızıl külçə oğurlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində qızıl külçələri satmağa çalışan şübhəli şəxs saxlanılıb. Araşdırma zamanı məlum olub ki, 80 yaşlı qadın investisiya məqsədilə qızıl aldıqdan dərhal sonra fırıldaqçı ona zəng edib. O, külçələri "etibarlı depozit qutusuna yerləşdirmək" bəhanəsi ilə qadından təhvil alıb.

Bildirilib ki, son vaxtlar Fransada özlərini bank əməkdaşı və ya polis kimi təqdim edərək yaşlı insanları qarət edən fırıldaqçıların sayı artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
138
oxu.az

1Источники