RU

İran ordusu hədələdi: "ABŞ Xarq adasına təcavüz edərsə, regionun bütün neft-qaz obyektlərini külə çevirəcəyik!.." 

İran Silahlı Qüvvələrinin sözçüsü Sərdar Şəkərçi bildirib ki, dünya İranın Amerika və İsrailə necə sarsıdıcı zərbələr endirdiyinin şahidi olur.
 
Moderator.az xəbər verir ki, bu haqda "Tasnim" nəşrinin telegram-kanalında məlumat yayılıb.  
Bəyanatı İran Silahlı Qüvvələrinin sözçüsü Sərdar Şəkərçi verib.
 
"Biz xəbərdarlıq edirik ki, cinayətkar Amerika Xarq adasına, onun obyektlərinə və neft terminalına təcavüz edərsə, təcavüzün həyata keçirildiyi ölkənin bütün neft və qaz obyektlərini külə çevirəcəyik", - deyə o, qeyd edib.
 
Xatırladaq ki, martın 14-də Trampın əmri ilə Xarq adasında 90-a yaxın hərbi obyekt bombardmana məruz qalıb. 
 
S.Laçın
Избранный
62
1
moderator.az

2Источники