RU

Kiyevə yardımdan məsul olan ABŞ generalı qatarda məxfi sənədləri itirib

Kiyevə hərbi yardım qrupuna rəhbərlik edən təqaüddə olan ABŞ general-mayoru Antonio Aquto 2024-cü ildə qatarda məxfi sənədləri itirib və Ukraynada olarkən spirtli içkilərdən sui-istifadə edib. Bu, Pentaqonun Baş Müfəttiş Ofisi tərəfindən hazırlanan hesabata əsasəndir.

Sənədə görə, istintaq 2022-ci ildən 2024-cü ilə qədər Pentaqonun Ukrayna Təhlükəsizlik Yardım Qrupunun komandiri vəzifəsində çalışan Aqutoya qarşı bir neçə anonim şikayətə cavab olaraq aparılıb. O, 2024-cü ilin avqustunda ABŞ ordusundan təqaüdə çıxıb. Baş Müfəttiş Ofisi müəyyən edib ki, 2024-cü ilin mart ayının sonlarında Aquto və tabeliyində olanlar Almaniyanın Visbaden şəhərindən Kiyevə qatarla gediblər. Onlar özləri ilə məxfi sənədlər aparıblar. Aprelin əvvəlində sənədlərin səfər zamanı atıldığı məlum olub.. Aquto hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Müstəntiqlər müəyyən ediblər ki, Aquto Ukraynaya səfəri zamanı şam yeməyində həddindən artıq içki içib. Həmin axşam o, yıxılıb və beyin silkələnməsi alıb. Məlumata görə, ertəsi gün Aquto ABŞ-ın o vaxtkı dövlət katibi Antoni Blinken və digər ABŞ və Ukrayna rəsmiləri ilə görüşüb. Şahidlər bildiriblər ki, Aquto görüş zamanı hələ də sərxoş vəziyyətdə olub.

Baş müfəttişim araşdırmalarına görə, Aquto məxfi sənədlərin saxlanması və ABŞ hərbi qulluqçularının davranışı ilə bağlı bir neçə qaydanı pozub. Lakin müstəntiqlər Aqutonun ona qarşı şikayətlərdən birində iddia edildiyi kimi, Ukraynadakı hərbi yardım qrupunda "dözülməz mühit" yaratdığına dair heç bir dəlil tapmayıblar. Hesabat 33 şahidin ifadəsi əsasında hazırlanıb.

Əziz MUSTAFA

Избранный
89
oxumeni.az

1Источники