RU

İraq Mecnun yatağı və Bağdaddakı hotelə hücumları terror aktı adlandırıb

BAKI, 17 mart. TELEQRAF

İraq hökuməti ölkənin cənubunda yerləşən Mecnun neft yatağına və Bağdadın mərkəzindəki "Al Rasheed" hotelinə endirilən zərbələri terror aktı kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə İraqın baş nazirinin rəsmi nümayəndəsi Sabah ən-Numana bildirib.

Onun sözlərinə görə, hücumlar ölkə üçün ciddi mənfi nəticələrə səbəb ola bilər.

“Bağdaddakı Mecnun neft yatağı, "Al Rasheed" hoteli və ABŞ səfirliyi terror hücumlarına məruz qalıb və bu hadisələr ölkəmiz üçün ciddi mənfi nəticələr doğura bilər”, - deyə ən-Numan bildirib.

O əlavə edib ki, İraq Silahlı Qüvvələrinin ali baş komandanı, baş nazir Məhəmməd əs-Sudani təhlükəsizlik qüvvələrinə hücumların təşkilində məsul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması barədə göstəriş verib.

Baş nazirin nümayəndəsi həmçinin qeyd edib ki, bu obyektlərin təhlükəsizliyinin təmin edilməsində vəzifələrini yerinə yetirməyən təhlükəsizlik qurumlarının əməkdaşları da cəzalandırılacaq.

Məlumata görə, martın 16-da İraqın Bəsrə vilayətində yerləşən Mecnun neft yatağı pilotsuz uçuş aparatları ilə üç dəfə hücuma məruz qalıb. Bundan qısa müddət sonra Bağdadın “yaşıl zona” adlanan və hökumət binaları ilə bir sıra ölkələrin səfirliklərinin yerləşdiyi ərazidəki Al Rasheed hotelinə də dron zərbəsi endirilib.

Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.

Избранный
75
teleqraf.com

1Источники