RU

Veteran futbolçu: “Çempionluq mübarizəsi son tura qədər davam edəcək”

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasında 24 tur geridə qalıb. “Sabah” 59 xalla birinci sıradadır. Ehtiyatda bir oyunu olan “Qarabağ” isə 52 xalla ikinci pillədə qərarlaşıb.

Veteran futbolçu Arif Əsədov “Futbolpress.az“a açıqlamasında komandaların çempionluq yarışından söz açdı:

“Yarış hələ davam edir. Məncə, şanslar bərabərdir. Xüsusilə, öz aralarındakı son oyunda böyük ölçüdə məsələ həll olacaq. İki komandanın da xal itirmək ehtimalı var. İndiki məqamda “Sabah” 7 xal öndədir və bu, onlar üçün üstünlük yaradır. Lakin məncə, çempionluq mübarizəsi son tura qədər davam edəcək”.

“Sabah” və “Qarabağ” həm liqada, həm də Azərbaycan Kubokunun yarımfinalında üz-üzə gələcək. Əsədov iki turnirdə də iddialı olan kollektivlər üçün kubok oyunlarının təsirinə toxundu:

“Hər iki komandanın geniş heyəti var. İki cəbhədə mübarizə aparanda oyunçu resursunun çox olması vacibdir. İndi həm “Sabah”ın, həm “Qarabağ”ın heyəti genişdir və rotasiyalar edə bilərlər. Ona görə şansların həm liqada, həm kubokda bərabər olduğunu düşünürəm. Çoxdandır, çempionatda və kubokda belə rəqabət görməmişdik. Kubok oyununda mərhələ adlayan tərəfin titul qazanmaq şansı artacaq. Əksi də ola bilər, kubokla vidalaşan bütün gücü çempionata verəcək və orda şansı artacaq”.

Çempionatı dəyərləndirən mütəxəssis liqanı tərk etməyə əsas namizədin də “Karvan-Yevlax” olduğunu bildirdi. Yevlax təmsilçisi 24 turdan sonra 8 xalla 12-ci sıradadır və 11-ci “Qəbələ”dən 8 xal geri qalır:

“Liqanı tərk etməyə əsas namizəd “Karvan-Yevlax”dır. Amma onlarda da son oyunlarda yüksəliş var. Məncə, hələ heç nə dəqiqləşməyib. Lakin düşünürəm ki, “Karvan-Yevlax”ın düşmək ehtimalı daha çoxdur”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
84
futbolpress.az

1Источники