RU

Mahnı Teatrında “Elimizə yaz gəlir”

Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “İşıqlı istedadlar” layihəsi çərçivəsində Dövlət Mahnı Teatrında “Elimizə yaz gəlir” adlı konsert proqramı təqdim olunub.

Hafta.az xəbər verir ki, tədbirdə çıxış edən “İşıqlı istedadlar”ın rəhbəri, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvü Elnar Musayev layihə barədə məlumat verib.

O bildirib ki, bu layihə vasitəsilə əlil insanlar ilə cəmiyyət arasında mədəniyyət körpüsü qurulur və inklüziv mühitin təşviqi təmin edilir:

“Gözdən əlil insanlar, xüsusilə mədəniyyət sahəsində geniş istedadları ilə seçilirlər. Layihə çərçivəsində bir sıra uğurlu tədbirlər həyata keçirilib və bu tədbirin Azərbaycanın bütün regionlarında təşkil edilməsi nəzərdə tutulub”.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti”nin sədri Səmyar Abdullayev, şəhid ailələri və digər çıxışçılar tədbirin əhəmiyyətindən danışıb.

Tədbir bədii hissə ilə davam edib. Konsert proqramında bir sıra ifaçılar əlil vətəndaşlarla birgə duetlər səsləndiriblər.

Избранный
8
2
hafta.az

3Источники