RU

Belçika ABŞ və İsrailin İrana hücumlarında iştirak etməyəcək



Belçika ABŞ və İsrailin İrana hücumlarında iştirak etməyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Belçika Baş naziri Bart De Vever deyib. O bildirib ki, federal hökumət ABŞ və İsrailin İrana hücumlarında iştirak etməyə qarşıdır.

O, NATO-nun Hörmüz boğazında təhlükəsizliyin təminatı məsələsində iştirakına gəlincə, əlavə edib ki, NATO müttəfiqlərindən və ya regiondakı digər ölkələrdən hər hansı bir sorğu gələrsə, bu məsələ müzakirə olunacaq.

Avropanın Rusiya ilə münasibətləri normallaşdırmalı olduğuna dair açıqlamalarına reaksiya barədə danışan De Vever qeyd edib ki, normallaşma yalnız Avropa Birliyi və Ukrayna üçün məqbul olan sülh müqaviləsi imzalandıqdan sonra nəzərdən keçirilə bilər.

Anar
Избранный
88
newscenter.az

1Источники