Millimizin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında 25-ci turun oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda öz meydanında “Dobrudza”nı qəbul edib.
Cəlalın komandası ilk hissədə azlıqda qalsa da, qələbə qazanmağı bacarıb.
Matça ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 75-ci dəqiqədə Serkan Yuseinin əvəzinə meydana çıxıb.
Bu qələbədən sonra xallarının sayını 35-ə çatdıran “Arda” turnir cədvəlində 8-ci pilləyə yüksəlib.
“Arda” - “Dobrudza” - 2:0
Qollar: Samake, 32, Karaqaren, 61
Qırmızı vərəqə: İdovu, 27 (“Arda”)