Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.
Trampın Hörmüzə missiya göndərmək çağırışına Avropa İttifaqından REAKSİYA - VİDEO
Avropa Birliyi Xarici İşlər Nazirləri Avropa dəniz missiyası “Aspides” çərçivəsində Qırmızı dənizdə yerləşdirilənlər də daxil olmaqla gəmilərini Hörmüz boğazına göndərməkdən imtina ediblər.Bizim.Media xəbər verir ki, bu barədə Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib."Bu, bizim müharibəmiz deyil və onu biz başlatmamışıq. Qırmızı dənizdə “Aspides” missiyamız var. Lakin nazirlər onun mandatını genişləndirmək istəmədiklərini bildiriblər", - Kallas deyib.Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinə çağırış edərək, onların Hörmüz boğazına missiya göndərməsini istəmişdi. Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.