RU

Fuceyra limanında tanker VURULDU

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanından 42 km aralıda tanker vurulub.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) məlumat yayıb.

Məlumatda bildirilir ki, Oman körfəzində naməlum mərmi ilə tankerə zərbə endirilib.

"UKMTO, Fuceyradan 42,5 km şərqdə baş verən hadisə barədə məlumat alıb. Tankerin lövbər saldığı zaman naməlum mərmi ilə vurulduğu bildirilir. Kiçik struktur zədələri barədə məlumat verilib. Ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Ətraf mühitə heç bir təsir qeydə alınmayıb", - deyə açıqlamada bildirilib. 

Musavat.com

Избранный
10
1
musavat.com

2Источники