RU

Ramazan süfrəsində xoş arzular səslənib

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Xarıbülbül" şadlıq sarayında şəhər ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar üçün iftar süfrəsi açılıb. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib, dualar oxunub.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək müqəddəs Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, əmin-amanlıq, bərabərlik yoluna dəvət etdiyini bildirib. Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əmin-amanlığın, sabitliyin bərpa olunduğunu qeyd edib. Yurdumuzun ərazi bütövlüyünün təmin olunmasında fədakarlıqlar göstərən əsgər və zabitlərimizin vətənpərvərliyindən danışaraq, canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. Tədbir iştirakçılarını və onların timsalında bütün mingəçevirliləri qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, evlərinə ruzi və bərəkət, cansağlığı, xoşbəxtlik, səadət arzulayıb.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının Mingəçevir şəhər şöbəsinin sədri Mustafa Muradov, Heydər məscidinin icma sədri Qurban Vahidov çıxış edərək xoş arzularını çatdırıblar.

Lazım QULİYEV,

"Azərbaycan"

Избранный
29
azerbaijan-news.az

1Источники