RU

ÇL: İlk 1/4 finalçılar müəyyənləşir

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulur.

Fanat.Az xəbər verir ki, mərhələnin ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.

İlk 1/4 finalçının adına Portuqaliyada aydınlıq gələcək. "Sportinq" ötən həftə səfərdə böyük hesabla uduzduğu "Budyo-Qlimt" nağılına son qoymağa cəhd edəcək.

Gecəyarısı baş tutücaq oyunlara gəlincə, ilk dueldə 3:0 hesabı qeydə alınan daha bir cütlük isə İngiltərədə qarşılaşacaqlar. "Mançester Siti" "Real Madrid"dən revanş almağa çalışacaq.

Bundan başqa, PSJ "Çelsi" ilə, "Arsenal" isə "Bayer Leverkuzen"lə üz-üzə gələcək.

Qeyd edək ki, 1/8 finalın daha dörd cavab oyunu sabah keçiriləcək. 

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

17 mart

21.45. "Sportinq" (Portuqaliya) – "Budyo-Qlimt" (Norveç) (ilk oyun - 0:3)

00.00. "Mançester Siti" (İngiltərə) – "Real Madrid" (İspaniya) (ilk oyun - 0:3)

00.00. "Çelsi" (İngiltərə) - PSJ (Fransa) (ilk oyun - 2:5)

00:00. "Arsenal" (İngiltərə) – "Bayer Leverkuzen" (Almaniya) (ilk oyun - 1:1)

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
50
1
fanat.az

10Источники