RU

"Buna görə 3 otaqlı evimi SATDIM"

Müğənni Rahidə Baxışova şəxsi həyatı və sənətə qayıdışı ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az-ın məlumatına görə, sənətçi "Öz aramızda" verilişində qonaq olarkən üç illik fasilədən sonra yenidən səhnəyə qayıtmaq üçün ciddi addım atdığını bildirib. O ,deyib ki, karyerasının ən aktiv dövründə sənətdən uzaqlaşsa da, sonradan geri dönmək qərarına gəlib.

Müğənninin sözlərinə görə, yeni mahnıların yazdırılması və kliplərin çəkilişi üçün maliyyə vəsaiti lazım olduğundan 3 otaqlı evini satmağa məcbur qalıb.

Baxışova bildirib ki, sənətə qayıdış onun üçün asan olmayıb:

"Yenidən ayağa qalxmaq üçün pul lazım idi. Amma kimdənsə borc istəmək və ya kiminsə qapısını döymək istəmədim. Bu, qüruruma sığmazdı. Ona görə də belə qərar verdim".

Sənətçi əlavə edib ki, yaxınları da onu bu addımına görə dəstəkləyib. Onların sözlərinə görə, həmin evi də vaxtilə sənəti sayəsində aldığı üçün onu yenidən sənətinə sərf etməsi təbii qarşılanıb. Müğənni bu qərarından heç vaxt peşman olmadığını vurğulayıb.

Musa
Milli.Az

Избранный
32
2
milli.az

3Источники