ABŞ dövlət katibi Marko Rubio dünyanın hər yerindəki Amerika diplomatik nümayəndəliklərinə və konsulluqlarına ölkələri İrana qarşı kollektiv tədbirlər görməyə çağıran teleqram göndərib.
Musavat.com xəbər verir ki, məlumatı "ABC News" kanalı əldə etdiyi sənədə istinadən yayıb. Bildirilir ki, diplomatlara bu cür hücumların "artan riski" fonunda xarici hakimiyyət orqanlarını "İranın və İranla əlaqəli qrupların ölkələrimizə və vətəndaşlarımıza hücum etmək imkanlarını azaltmaq üçün təcili tədbirlər görməyə" çağırmaq tapşırılıb.
Diplomatlar bu məlumatı 20 mart tarixinə qədər çatdırmalıdırlar: "Biz inanırıq ki, İran rejimi birtərəfli hərəkətlərdən daha çox kollektiv fəaliyyətlərə qarşı həssasdır. Birgə təzyiq nəticəsində rejimin öz mövqeyini dəyişməsinə daha tez nail olmaq mümkündür”.
Musavat.com