ABŞ və İsrailin hücumlarının başlanmasından bəri İranda əsas neft ixrac terminalı olan Xarq adasında ən azı 13 nəhəng tankerə neft yüklənib.
Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Məlumatda bildirilir ki, bu müddət ərzində təxminən 24 milyon barel İran nefti Hörmüz boğazı vasitəsilə ixrac olunub.
Enerji məlumat şirkətlərinin qiymətləndirmələrinə görə, müharibənin başlanmasından bəri İran gündə təxminən 1,5-1,6 milyon barel nefti tankerlərə yükləyir ki, bu da gündəlik təxminən 140 milyon dollar gəlir gətirir.
Musavat.com