RU

“Pakistan xəstəxananı vurub, 400 nəfər ölüb” Taliban

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

Pakistan Əfqanıstanın paytaxtı Kabildəki narkotik istifadəçilərinin reabilitasiya olunduğu xəstəxanaya hava zərbələri endirib.

Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, bunu Taliban hökumətinin sözçüsü açıqlayıb.

O bildirib ki, zərbələr nəticəsində ən azı 400 nəfər ölüb, 250 nəfər yaralanıb.

Pakistan tərəfi isə bu iddianı yalan və yanlış adlandıraraq rədd edib. Bildirilib ki, bazar ertəsi gecəsi dəqiq olaraq hərbi obyektlər və terrorçulara dəstək infrastrukturu hədəf alınıb.

“Hava hücumu, Çinin Cənubi Asiya İslam ölkələri arasında gərginliyi azaltmaq üçün səylərini davam etdirməyə hazır olduğunu bildirməsindən və hər iki tərəfi müharibəni genişləndirməməyə və danışıqlar masasına qayıtmağa çağırmasından bir neçə saat sonra baş verib”, - nəşr yazır.

Xatırladaq ki, ötən ay başlayan münaqişə, 2600 km sərhədi olan qonşular arasında indiyə qədər baş verən ən kəskin qarşıdurmadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
2
yeniavaz.com

3Источники