RU

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

Dərman və həyat tərzi dəyişiklikləri ilə yanaşı, kifayət qədər su istehlakı qan təzyiqini idarə etməyə kömək edə bilər. Araşdırmalar göstərir ki, bəzi hallarda su təzyiqi azalda bilər – xüsusilə dəhidratasiya (orqanizmin susuz qalması) zamanı.

Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hipertoniyası olan insanlarda adətən dehidratasiya müşahidə olunur. Ekspertlər bildirir ki, su təzyiqi nəzarətdə saxlamağa kömək edir, çünki susuzluğun qarşısını alır.

Niyə hipertoniyada su içmək vacibdir?

Tədqiqatlar göstərib ki, orqanizm susuzlaşdıqda, əsasən sudan ibarət olan qan həcmini itirir və bu elektrolit balansının pozulmasına səbəb ola bilər, xüsusilə natrium və digər mineralların yüksək konsentrasiyası yaranır.

Artan natrium səviyyəsi orqanizmdə vazopressin hormonunun ifrazını stimullaşdıra bilər. Bu hormon suyun tutulmasını tənzimləyir və qan damarlarını daraldır, nəticədə damar divarlarına olan təzyiq artır.

Избранный
7
1
publika.az

2Источники