Baki. Trend:
Hazırda (2026-cı ilin mart ayı) Azərbaycanda epidemiolojivəziyyət ümumilikdə stabil qiymətləndirilir. Lakin, yazın gəlişiilə əlaqədar bəzi respirator infeksiyalar hələ də davam edir. Qripvə mövsümi infeksiyalar dekabr-fevral aylarındakı pik dövrdən sonraqripə yoluxma hallarında azalma müşahidə olunur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib.
Onun sözlərinə görə, lakin mart ayı dəyişkən hava şəraiti iləxarakterizə olunduğu üçün virusların yayılması tam dayanmayıb:
“Respirator viruslar uzunmüddətli öskürək və boğaz ağrısı iləmüşayiət olunur. Çox vaxt "ağır qrip" kimi qəbul edilsə də, fərqlibir virusdur. Rinoviruslar və Adenoviruslar "soyuqdəymə" kimibilinən, daha yüngül keçən, lakin burun tutulması və asqırma iləmüşayiət olunan infeksiyalardır. Simptomlar qripə çox bənzədiyiüçün test olunmadan onları fərqləndirmək çətindir”.
“Xəstəliyin ağır keçməsi halları hazırda kifayət qədər aşağıdır.Hazırkı infeksiyalar bəzən uzunmüddətli öskürək və pnevmoniya(ağciyər iltihabı) riski yarada bilər. Buna görə də, "öz-özünəkeçər" deyib gözləmək yerinə, xüsusən yüksək hərarət 3 gündən artıqdavam edərsə, həkimə müraciət etmək lazımdır.
Nələrə diqqət etməli?
1. Qapalı və izdihamlı məkanlarda maskadan istifadə.
2. D vitamini və immun sistemini gücləndirən qidaların qəbulu.
3. Otaqların mütəmadi havalandırılması”, - qurumdan qeydedilib.