RU

Maşınla qəza törədib iki nəfərin ölümünə səbəb olaraq hadisə yerindən qaçan sürücü ilə bağlı QƏRAR

Ali Məhkəmədə yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Azər Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Azər Hüseynov 31 dekabr 2024-cü il tarixdə saat 22 radələrində sərxoş vəziyyətdə həmkəndlisinə məxsus “BMW” markalı avtomobillə Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisindən keçən Əlimərdanlı–Qaraxanlı avtomobil yolu ilə hərəkətdə olub və qanunun bir sıra tələblərini pozub.

 

Belə ki, sürücü qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməyərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmayıb və hadisənin qarşısını almaq üçün texniki imkanları olduğu halda hərəkətlərini davam etdirib. Nəticədə Azər yolun sağ kənarında dayanmış piyadalar - 1955-ci il təvəllüdlü Həmid Şirin oğlu Tağıyev, 2008-ci il təvəllüdlü Elmin Tağıyev, 1965-ci il təvəllüdlü Vilayət Yusifov, 1999-cu il təvəllüdlü Elvir Tağıyev və 1991-ci il təvəllüdlü Elnur Tağızadəni avtomobillə vurub.

 

Hadisədən sonra Azər Hüseynov qanunvericiliyin yol-nəqliyyat hadisəsi zamanı sürücülərin üzərinə qoyduğu vəzifələri də yerinə yetirməyib. Belə ki, o, qəza dayanma nişanı qoymadan, qəza siqnallarını yandırmadan və zərərçəkmişlərə yardım göstərmədən hadisə yerindən qaçıb.

 

Nəticəə piyadalardan biri Həmid Tağıyev aldığı xəsarətdən hadisə yerində, Elmin Tağıyev isə müalicə olunduğu Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.

 

Hadisədən sonra Azər Hüseynov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdən məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətini təmin edilməyib. Daha sonra Azər Hüseynov həmin qərardan kassasiya şikayəti verib.

Tarix: 17 Mart 2026, 09:35   
Избранный
44
pravda.az

1Источники