Bağdadın mərkəzində yaşayış binasına endirilən raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb.
İlkin məlumatlara görə, binada adı açıqlanmayan silahlı qruplaşmanın üzvləri və bir neçə İran vətəndaşı olub.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта