RU

İranlılar öz əsgərlərini BELƏ QORXUTDULAR VİDEO KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İnternetdə iranlıların “Bəsic” silahlı dəstələrinin üzvlərini pilotsuz uçuş aparatının (PUA) səsi ilə qorxutduğunu əks etdirən görüntülər yayılıb. Kadrlarda görünür ki, bəzi şəxslər dron mühərrikinin səsini təqlid edərək və ya səsləndirərək “Bəsic” üzvləri arasında təşviş yaratmağa çalışırlar.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan bu görüntülər istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, “Bəsic” İranda fəaliyyət göstərən könüllü yarımhərbi qüvvədir və tez-tez ictimai asayişin qorunması ilə bağlı əməliyyatlarda iştirak edir.

Hadisənin dəqiq harada və nə vaxt baş verdiyi ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, yayılan videolar regionda gərginliyin informasiya müstəvisində də davam etdiyini göstərir.

Müşviq Tofiqoğlu

KONKRET.az

pic.twitter.com/wPtMrWHmnx

— Gulnara Zeynalova (@gulnarazeynal) March 17, 2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
konkret.az

2Источники