RU

ADA Universitetinin Gəncə şəhərində həyata keçirdiyi “Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” layihəsinin növbəti mərhələsinə start verilib (FOTO)

Bakı. Trend:

Martın 14-də Gəncə şəhərində “Yaradıcılıq, İnnovasiya vəSahibkarlıq” layihəsinin növbəti mərhələsinin rəsmi açılış tədbirikeçirilib.

Trend xəbər verir ki, layihəADA Universitetinin təşəbbüsü, ADA Universiteti Fondunun və PaşaHoldinqin maliyyə dəstəyi, həmçinin Mədəni və Yaradıcı Sənayelərinİnkişafı Mərkəzinin tərəfdaşlığı ilə 2025-ci ilin iyun ayındanetibarən Gəncə şəhəri və ətraf bölgələrdə yaşayan gənclər üçünhəyata keçirilir. Təlim proqramının əsas məqsədi gənclərdə analitikdüşüncə, problem həll etmə, alqoritmik yanaşma və texnolojihəllərin hazırlanması bacarıqlarını inkişaf etdirmək, onları müasirəmək bazarının tələblərinə daha hazırlıqlı etməkdir.

Tədbirin açılışında çıxış edən ADA Universitetinin Strategiya vəİnkişaf üzrə prorektoru Vəfa Kazdal qeyd edib ki, müasir vəkeyfiyyətli təhsili daha geniş auditoriya üçün əlçatan etməkməqsədilə ADA Universiteti regionlarda fəaliyyətini genişləndirirvə gənclərin innovasiya, yaradıcılıq və liderlik bacarıqlarınıninkişafı üçün yeni imkanlar yaradır.

Layihə çərçivəsində təlimlər Backend proqramlaşdırmanınəsasları, Data elmi və süni intellektin əsasları, həmçinin “AI4Art”– incəsənətdə süni intellekt tətbiqləri istiqamətləri üzrə həyatakeçirilir.

Dərslər ADA Universitetinin müəllimləri tərəfindən tədrisolunur. Fevralın 14-dən etibarən başlayan təlimlər Gəncə şəhərindədörd ay müddətində intensiv və hibrid formatda təşkil edilir.

Proqram çərçivəsində iştirakçılar nəzəri biliklərlə yanaşıpraktiki tapşırıqlar və tətbiqi məşğələlər vasitəsilə əldəetdikləri bilikləri real layihələr üzərində tətbiq etmək imkanıqazanırlar. Bu proses gənclərin əmək bazarına uyğun texnikibacarıqlar əldə etməsinə şərait yaradır. Təlim müddətindəiştirakçıların ünsiyyət, komanda işi, təqdimat və vaxtın idarəolunması kimi bacarıqlarının inkişafı üçün əlavə seminar vəpraktiki məşğələlər də təşkil olunur.

Proqramı uğurla başa vuran iştirakçılar üçün təcrübə və karyeraimkanları da yaradılır. Bu məqsədlə SABAH Hub tərəfindən layihəiştirakçıları üçün təcrübə proqramları təşkil edilir. Hazırdalayihənin birinci mərhələsini tamamlamış gənclərdən bir neçəsiSABAH Hub-da ödənişli təcrübə proqramında iştirak edir.

Onlardan biri, Gəncə Dövlət Universitetinin Riyaziyyat vəinformatika müəllimliyi ixtisasının üçüncü kurs tələbəsi SiracƏkbərov proqramın olduqca faydalı və praktik yönümlü olduğunu qeydedib. Onun sözlərinə görə, proqram çərçivəsində təqdim olunannəzəri biliklər və praktiki tapşırıqlar süni intellekt sahəsindəanlayışını dərinləşdirib, müəllimlərin mentorluğu və real layihələrüzərində işləmək imkanı isə öyrəndiklərini praktikada tətbiq etməyəşərait yaradıb.

Layihə həmçinin karyeraya hazırlıq istiqamətində McKinseyşirkəti tərəfindən həyata keçirilən “Parlaq İnkişafa Körpü (PİK)”təşəbbüsü ilə də dəstəklənir. Bu təşəbbüs çərçivəsində ötən illayihədə iştirak etmiş gənclər arasından seçilmiş dörd nəfərpeşəkar mentorlarla əlaqələndirilərək onlar üçün fərdi mentorluqproqramı təşkil olunub. Mentorluq prosesi zamanı iştirakçılarakaryera planlaması, peşəkar inkişaf və ixtisaslaşma istiqamətindəməqsədyönlü tövsiyələr təqdim edilib.

Qeyd edək ki, “Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” layihəsiAzərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə və ADAUniversitetinin hazırlanmaqda olan 2025–2030-cu illəri əhatə edənStrateji Planına uyğun olaraq regionlarda müasir təhsilə çıxışimkanlarının genişləndirilməsinə, yaradıcı və innovativ gənclərinyetişdirilməsinə xidmət edir.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Məqalədə:
Избранный
39
2
az.trend.az

3Источники