RU

Özbəkistan İrana humanitar yardım göndərib

Özbəkistan hakimiyyəti İran İslam Respublikasına humanitar yardım göndərib.

Missiya.Az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yardım yükünə ərzaq məhsulları, dərman və tibbi ləvazimatlar daxildir. Göndərilən humanitar yükə un, düyü, şəkər, makaron, günəbaxan yağı və konservləşdirilmiş məhsullar da daxil edilib.

Qeyd olunub ki, bu təşəbbüs iki ölkə arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək ənənələrinin bariz nümunəsidir.

Xatırladaq ki, bundan əvvəl Özbəkistan Xarici İşlər Nazirliyi Yaxın Şərqdə artan gərginliklə bağlı narahatlığını ifadə edib və münaqişələrin diplomatik yollarla həllinə çağırış edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
13
missiya.az

1Источники