RU

İran ABŞ/İsrail cütlüyünə “kül dağları” vəd etdi…



İran Baş Qərargahının sözçüsü Əbülfəzl Şəkarçi bildirib ki, ABŞ Xarq adasındakı obyektlərə zərbə endirərsə, Yaxın Şərqdəki neft və qaz obyektləri "kül dağlarına" çevriləcək.

"Əgər ABŞ hücum edərsə, hücumun qaynaqlandığı ölkələrin bütün neft və qaz obyektləri dərhal kül dağlarına çevriləcək", Fars xəbər agentliyi Şekarçidən sitat gətirib.

Axios-a görə, Vaşinqton "Tehranı iqtisadi cəhətdən sıradan çıxarmaq" üçün adanı ələ keçirməyi düşünür. Burada İslam Respublikasının ən böyük neft terminalı yerləşir və ixracının 90%-ni emal edir.

Qeyd edək ki, ABŞ-İsrail əməliyyatı üçüncü həftəsinə qədəm qoyub. Artıq qarşı tərəfdən danışıq təklifləri səslənsə də,

İran özünü müdafiə etməyə qadir olduğunu vurğulayıb və danışıqları bərpa etməyi mənasız adlandırıb.

SAMİRƏ

Избранный
12
baki-xeber.com

1Источники