RU

ABŞ-nin nəhəng aviadaşıyıcısı ilə bağlı ŞOK İDDİA - 30 saatdan çoxdur ki, YANIR

ABŞ təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford"un heyəti 30 saatdan çoxdur ki, gəmidə baş verən yanğını söndürə bilməyib.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti göyərtədəki bir neçə dənizçiyə istinadən məlumat yayıb.

Nəşr xatırladıb ki, yanğın gəminin əsas camaşırxanasında martın 12-də başlayıb. Yanğının söndürülməsində iştirak edən iki nəfər xəsarət alıb, onlarla insan isə dəm qazından zəhərlənib. Onların həyatına təhlükə yoxdur.

Bundan əlavə, yanğın şəxsi əşyalarından əlavə, 600-dən çox dənizçinin çarpayılarını da məhv edib və onlar hazırda "yerdə və masalarda yatmağa məcburdurlar".

"The New York Times" qəzeti əlavə edib ki, "USS Gerald R. Ford" gəmisində 4500 dənizçi və pilotu var. Aviadaşıyıcı təxminən 10 aydır ki, səfərdədir.

Martın 12-də ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı Qırmızı dənizdə fəaliyyət göstərən və Yaxın Şərqdə İrana qarşı əməliyyatlarda iştirak edən təyyarədaşıyan gəmiydə baş verən yanğın barədə məlumat verib.  Daha sonra İran İslam Respublikasının “Xətəm əl-Ənbiyə” Mərkəzi Komandanlığının sözçüsü iddia edib ki, ABŞ hərbi qulluqçuları guya İrana qarşı sonrakı hərbi əməliyyatlardan yayınmaq üçün "USS Gerald R. Ford"da yanğın törədiblər.

Musavat.com
Избранный
19
1
musavat.com

2Источники