ABŞ prezidenti Donald Tramp Venesuelanın "ABŞ-ın 51-ci ştatı" ola biləcəyinə dair bir mesaj paylaşdı.
Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək Venesuelanın beysbol yarımfinalında İtaliyanı 4-2 hesabı ilə məğlub etdiyini bildirib.
"Son vaxtlar Venesuelada yaxşı şeylər baş verir. Görəsən bu sehr nə ilə bağlıdır. Kimsə 51-ci ştat olmaq istəyirmi?", - deyə Tramp bildirib və Venesuelanın "ABŞ-ın 51-ci ştatı" ola biləcəyinə işarə edib.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez 2025-ci ilin noyabr ayında ABŞ-ın onun ölkəsini "51-ci ştat" etmək məqsədi daşıdığını iddia etmişdi.
Tramp daha əvvəl Kanadanın ABŞ-ın 51-ci ştatı olmalı olduğunu bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az