RU

WUF13 ölkəmizin qazandığı uğurların dünyaya növbəti təqdimatı olacaq ŞƏRH

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi əslində, dövlətimizin şəhərsalma sahəsinə strateji baxışını ifadə edir. Həmçinin ölkəmizin mədəni irsi, urbanistika və memarlıq sahələrinin inkişafında yeni perspektivlər açır. Bu təşəbbüs ölkəmizin milli mədəni və memarlıq irsinin qorunması ilə müasir şəhər mühitinin formalaşdırılması, yeni urbanistik yanaşmaların vəhdətini təmin etməklə, Azərbaycan şəhərlərinin simasının uzunmüddətli perspektivdə daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar, aparıcı dünya təcrübəsi nəzərə alınmaqla genişmiqyaslı quruculuq işləri, xüsusilə də şəhərsalma və memarlıq sahəsində aparılan kompleks və konseptual yanaşma Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu gün Azərbaycan ən qabaqcıl şəhərsalma yanaşmalarını tətbiq etməyə çalışır, çoxsaylı beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq qurur. Son illər ərzində bu sahədə həyata keçirilən qanunvericilik islahatları isə kompleks şəkildə şəhərsalma fəaliyyətinin şəffaf, davamlı və qanunauyğun çərçivədə icrasına şərait yaradıb. Diqqət mərkəzində olan məsələlərdən biri də şəhərsalma və memarlıqda innovativ, davamlı, inklüziv inkişaf siyasətinin müasir tələblərə uyğun təşkil olunmasıdır. Şəhərlərin inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı olmasını təmin etmək üçün ölkəmizdə səmərəli icra mexanizmi formalaşdırılır.

Samir Vəliyev qeyd edib ki, Böyük Qayıdışa Dövlət Proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə hazırda böyük miqyasda quruculuq və bərpa işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, irimiqyaslı layihələr icra edilir. Ötən müddət ərzində dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində işğaldan azad olunmuş bütün ərazilərin sürətlə dirçəldiyini və inkişaf etdiyinin şahidi oluruq, burada dağıdılmış infrastruktur bərpa olunur, kəndlər və şəhərlər yenidən qurulur, bu yerlərdə həyat getdikcə canlanır. Bütün bu işlər ən müasir şəhərsalma standartlarına uyğun həyata keçirilir.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakı şəhərində təşkili ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələrin və əldə edilən nailiyyətlərin məntiqi nəticəsidir. Forum ölkəmiz üçün bir sıra istiqamətlərdə mühüm imkan yaradır. Bir tərəfdən son illər həyata keçirilən şəhərsalma layihələri, işğaldan azad edilmiş ərazilərdə qurulan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları dünya ictimaiyyətinə təqdim olunacaq. Digər tərəfdən isə Azərbaycan sürətli urbanizasiya, müasir dayanıqlı şəhər idarəçiliyi və sosial inklüzivlik mövzularında qlobal diskussiyalara töhfə verən tərəf kimi çıxış edəcək.

“Uğurla reallaşdırılan dövlət siyasəti iqtisadiyyatın bütün sektorlarında əhəmiyyətli irəliləyişə, əhalinin rifah halının yaxşılaşdırılmasına və ölkədə həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir. Bir çox digər sektorlarda olduğu kimi, xüsusi sosial əhəmiyyətə malik olan, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edən mühüm layihələrin icrası davam edir. Bu baxımdan WUF13 ölkəmizin bu istiqamətdə qazandığı uğurların da dünya üçün təqdimatı olacaq”,-deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
azertag.az

2Источники