RU

Generala ağır itki üz verdi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda keçmiş dövlət xadimi vəfat edib.

Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, uzun illər müxtəlif vəzifələrdə işləmiş Abbas Mazanov 97 yaşında dünyasını dəyişib.

Onun ölümünə yaşla əlaqədar xəstəlik səbəb olub.

Qeyd edək ki, Abbas Əli oğlu Mazanov 1929-cu ildə indiki Ermənistanın Vardenis rayonunun Cil kəndində anadan olub. 1946-1950-ci illərdə Qazax Pedaqoji Texnikumunda təhsil alıb. Bir müddət pedaqoji faəliyyətlə məşğul olduqdan sonra, Krasnoselo rayonu Komsomol Komitəsinə katib seçilib. Sonralar Baki Ali Partiya məktəbində təhsilini davam edib.

O, 1975-1983-cü illərdə Krasnoselo İcraiyyə Komitəsinin sədri, 1983-1988-ci illərdə isə Cil kənd sovxozunda direktor vəzifəsində işləyib. Deportasiyadan sonra Xanlar (indiki Göygöl) rayonunun Şəhriyar kəndinə köçüb və orada kənd sovetinin sədri olub. Son olaraq, 1991-1993-cü illərdə Çaykənd kəndində kolxoz sədri kimi çalışıb.

A.Mazanov “Abbas Vəfadağlı” imzasıyla bir çox şeirlərin müəllifi olub.

İlk mətbu şeiri “Arzular” 1965-ci ildə, “Sovet Ermənistanı” qəzetində çap olunub. “Göyçə kimi intizarda elim var”, “Gözləri həsrətli, naləli Göyçə”, “Ulu Göyçəm”, “Göyçə qətliamı”, “Göyçə qətliamı” kimi kitabların müəllifidir.

O, Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin sabiq rəisi, ehtiyatda olan general-mayor İlqar Mazanovun atasıdır. İ.Mazanov hazırda “Xalq Bank”ın Təhlükəsizlik idarəsinin rəisidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
2
globalinfo.az

3Источники