RU

ŞOK: Bakıda 8-ci sinif şagirdi özünü 2-ci mərtəbədən atdı

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə hadisə baş verib.

KONKRET.az xəbər verir ki, şagird dərs vaxtı məktəbdən yayınmaq istəyərkən təhlükəli addım atıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisədən dərhal sonra şagirdə ilkin tibbi yardım göstərilib və vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və təfərrüatları hələlik açıqlanmayıb.

Natiq Səlim
KONKRET.az

Избранный
48
6
konkret.az

10Источники