RU

Əhalinin içki və tütünə çəkdiyi xərc 499 mln. manata yaxın olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-fevral aylarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 498.8 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 2,2% çoxdur. 

Əlavə edək ki, 2026-cı ilin ilk 2 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
25
1
banco.az

2Источники