RU

ABŞ Aİ münasibətləri yenidən böhran həddində Politico

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında münasibətlər yenidən dərin böhran həddinə gəlib. Səbəb Hörmuz boğazında dəniz təhlükəsizliyinin təmin olunması məsələsində fikir ayrılığıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" Avropa diplomatlarına istinadən xəbər yayıb.

Diplomatların sözlərinə görə, bazar ertəsi Brüsseldə toplaşan xarici işlər nazirləri demək olar ki, yekdilliklə ABŞ-ın gəmiçilik təhlükəsizliyinin təmin olunmasında iştirak etmə çağırışına qarşı çıxıblar. Onlar vurğulayıblar ki, Aİ ölkələri, əgər ABŞ administrasiyası özü bu riskə getmirsə, öz gəmilərini və hərbi qüvvələrini təhlükəyə atmağa hazır deyillər.

Əvvəlcə ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Hörmuz boğazından neft idxal edən ölkələr gəmiçilik təhlükəsizliyinin təmin edilməsində iştirak etməli və oraya hərbi gəmilər göndərməlidirlər.

16 mart tarixində Tramp bildirib ki, ABŞ müttəfiqlərinə dəniz təhlükəsizliyini təmin etmə məsələsində daha rasional yanaşmaq məcburiyyətində qalacaq, çünki bəzi ölkələr ABŞ-a kömək etmək istəmir. ABŞ prezidenti əlavə edib ki, “bəzi ölkələr” onu “çox məyus ediblər”. O, bu ölkələri açıq şəkildə adlandırmayıb, amma vurğulayıb ki, söhbət əsasən NATO müttəfiqlərindən gedir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
icma.az

1Источники