RU

Pensiyaçılarla bağlı gözlənilən yeni qərarlar Nələr dəyişəcək? VİDEO

Ayna saytına istinadən ain.az xəbər verir.

AJB sədri: “Özəl pensiya fondlarına insanların etibarını qazanmaq üçün zəmanətçi dövlət olmalıdır”

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri, “Ayna-Zerkalo”nun rəhbəri Elçin Şıxlı AYNA.AZ-ın “YouTube” kanalına budəfəki müsahibəsində ölkəmizdəki pensiya sistemi barədə danışıb.

Pensiya sistemində geniş islahatlara ehtiyac olduğunu bildirən E.Şıxlı deyib ki, təqaüdçülərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mütərəqqi addımların atılması vacibdir.

AJB sədri xarici ölkələrlə, xüsusilə, Avropa ilə Azərbaycandakı təqaüdçülərin sosial vəziyyətini, pensiya miqdarını müqayisə edib və bildirib ki, bizdə təqaüdlərin miqdarı ürəkaçan deyil.

“Pensiyalarla bağlı Azərbaycanda sovet sistemi qalıb. Pensiya sistemində dəyişikliklə, inkişafla bağlı addımlar atılacağı xəbəri sevindiricidir. Xüsusilə, özəl pensiya fondu sisteminin yaradılması yaxşı haldır. Hesab edirəm ki, özəl pensiya fondlarına insanların etibarını qazanmaq üçün zəmanətçi dövlət olmalıdır”, - deyə E.Şıxlı əlavə edib.

Müsahibənin geniş formada təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
ayna.az

1Источники