RU

İran müharibədə bir ilkə imza atdı və İsrailin reaksiyası olduqca sərt oldu

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ, İsrail və İran arasında müharibə 18-ci günündə də bütün şiddəti ilə davam edir. İran və İsrail arasında gecə saatlarında baş verən qarşılıqlı hücumlar dünya ictimaiyyətində ciddi narahatlıq yaradıb.

Turkustan.az xəbər verir ki, İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarını və diplomatik nümayəndəliklərini hədəf almaqda davam edir. İraq mediasının yaydığı məlumatlara görə, Bağdaddakı ABŞ səfirliyi çoxsaylı raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Məlumata əsasən, C-RAM hava hücumundan müdafiə sistemi hücumların böyük hissəsinin qarşısını alıb. Bununla belə, ən azı bir pilotsuz uçuş aparatının səfirlik ərazisinə düşdüyü bildirilir. Bu hücum ABŞ-İsrail-İran müharibəsinin başlanmasından bəri Bağdaddakı ABŞ səfirliyinə edilən ən güclü hücum kimi qiymətləndirilir.

İranın Bağdaddakı ABŞ səfirliyinə hücumundan sonra İsrail ordusu qısa müddətdə cavab verib. İsrail Müdafiə Qüvvələrinin (İMQ) açıqlamasında Tehranda rejim hədəflərinə, eləcə də Livanın paytaxtı Beyrutda yerləşən Hizbullah infrastrukturuna qarşı genişmiqyaslı hücumların başlandığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
icma.az

2Источники