RU

Şəhid ailələrinə, müharibə əlillərinə daha 35 ev verildi FOTOLAR

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Şirvan şəhərində şəhid ailələri və müharibə ilə bağlı əlilliyi olan şəxslərə daha 35 mənzil verilib.

"Report"un Aran bürosunun məlumatına görə, mənzillərin verilişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən təmin edilib.

Şirvanda MİDA yaşayış kompleksində mənzillərin təqdim edilməsi tədbirində iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Aparat rəhbəri Fuad Musayev bildirib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və ildən-ilə uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi əsasında bu proqram 5 dəfə genişlənib.

Qeyd edilib ki, postmüharibə dövründə bu kateqoriyadan olan vətəndaşlara 7 300-ə yaxın, ümumilikdə isə ötən illər ərzində 16 mindən çox mənzil və fərdi ev verilib. Bununla yanaşı, qeyd edilən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan müavinət və təqaüdlərin məbləği də orta hesabla 2 dəfədən çox artırılıb.

Yeni mənzillərlə təmin olunan şəxslər onlara göstərilən diqqət və qayğıya, xüsusilə də Novruz və Ramazan bayramları ərəfəsində yeni mənzillə təmin olunmalarına görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
11
cebheinfo.az

10Источники