RU

Bağdadda aviazərbə: ölənlər var

Çərşənbə axşamı səhər tezdən Bağdad şəhərində yaşayış evinə raket zərbəsi endirilməsi nəticəsində dörd nəfər həlak olub.

Ölkə.Az "Le Figaro"ya istinadən xəbər verir ki, məlumatı iki təhlükəsizlik əməkdaşı təsdiqləyib.

Onlardan biri bildirib ki, ölənlər arasında İraqda İran yönümlü silahlı qruplarla fəaliyyət göstərən “iki iranlı müşavir” də var.

Qeyd olunur ki, bu zərbə Bağdadda ciddi mühafizə olunan “Yaşıl zona”da yerləşən ABŞ səfirliyinə edilən pilotsuz uçuş aparatları və raket hücumundan qısa müddət sonra baş verib.

Bildirilir ki, artıq bazar ertəsi axşamı diplomatik nümayəndəliyə oxşar hücum həyata keçirilib, pilotsuz aparat isə xarici diplomatlar arasında populyar olan dəbdəbəli hotellərdən birinin üzərinə düşüb.

ABŞ səfirliyi də iki dəfə atəşə tutulub: əvvəlcə dörd raket zərərsizləşdirilib, daha sonra isə dron və raketlərin kombinə olunmuş hücumu qeydə alınıb.

Избранный
14
1
olke.az

2Источники