RU

AMB: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 3,5 mlrd. dollar olub

2025-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 3,5 milyard dollar təşkil edib. Bu isə 2024-cü ilə nisbətən 24% azdır. 2024-cü ildə ölkənin cari əməliyyatlar hesabının profisitli 4,6 mlrd. dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
Onun sözlərinə görə, cari əməliyyatlar hesabının ÜDM-də payı 4,6 %-ni təşkil edib.
O bildirib ki, CƏH-in ötən il üzrə profisitinin həcmi makro iqtisadiyyatın dayanıqlığı baxımından müsbət hesab edilir.

Qeyd edək ki, bundan əvvəl keçirilən mətbuat konfransında AMB sədri Taleh Kazımov 2025-ci ilin sonuna Azərbaycanın cari əməliyyatlar balansının profisitinin 3.7 mlrd. ABŞ dollarına çatacağı bildirmişdi.

AMB:
Избранный
44
3
apa.az

4Источники