RU

Azərbaycanın cari balansının profisiti "əriyib"

2025-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar balansında (CƏB) 3,5 milyard ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 4,6 %-i qədər profisit formalaşıb.

Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə əsasən, bu, 2024-cü illə müqayisədə təxminən 25,5 % azdır. Xatırladaq ki, 2024-cü ildə cari əməliyyatlar balansında 4.7 milyard dollar həcmində profisit formalaşmış,dı. 

"Bu məbləğdə profisitin olması makroiqtisadi dayanıqlılıq baxımından mühüm müsbət amil sayılmalıdır", - deyə AMB rəsmisi qeyd edib.

Azərbaycandan ötən il 5 milyard dollar kapital çıxarılıb

2025-ci ildə Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının hesabının mənfi saldosu (ölkədən kapital və maliyyə axını) təxminən 5 milyard ABŞ dolları təşkil edib.

Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycanın xalis maliyyə aktivləri 5,4 milyard ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 0,4 milyard ABŞ dolları artıb.

İş elanları AzVak.az-da

© "Report" 

Избранный
39
1
marja.az

4Источники