RU

ABŞ-nin Bağdaddakı səfirliyinə zərbələr endirildi

ABŞ-nin İraqın paytaxtı Bağdaddakı səfirliyinə səhər saatlarında dron və raket hücumu olub.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” məlumat yayıb.

Bildirilib ki, hava hücumundan müdafiə sistemləri bir neçə hücumu zərərsizləşdirib. Partlayışdan sonra səfirlik ərazisində qara tüstü müşahidə olunub.

Şəhərin “Yaşıl zona”sında yerləşən Əl-Rəşid oteli də dron hücumuna məruz qalıb. Otelin damında yanğın baş versə də, rəsmi məlumatlara görə itki olmayıb.

Bağdadın yaşayış məntəqələrindən birində evə endirilən zərbə nəticəsində 4 nəfər ölüb. İlkin məlumatlara əsasən, ölənlərdən ikisi İranın dəstəklədiyi qruplara məsləhət verən şəxslər olub.

İranın dəstəklədiyi Kətaib Hizbullah qruplaşması isə yüksək rütbəli təhlükəsizlik komandiri Əbu Əli əl-Əskərinin öldürüldüyünü açıqlayıb.

İraqın Baş nazir Məhəmməd Şiya əs-Sudani hücumları ölkənin təhlükəsizliyi və sabitliyinə ciddi təhdid adlandıraraq, günahkarların tezliklə məsuliyyətə cəlb olunacağını bildirib.

Son günlər İraqda həm ABŞ maraqlarına, həm də İranın dəstəklədiyi qüvvələrə qarşı hücumların artması regionda gərginliyin yüksəldiyini göstərir.

"Cebheinfo.az"

Избранный
3
1
cebheinfo.az

2Источники