RU

İtaliya müharibə fonunda Körfəz ölkələrinə hərbi yardım göndərəcək

ABŞ, İsrail və İran arasında müharibənin altıncı günündə İtaliyanın baş naziri Corcia Meloni hökumətinin Körfəz ölkələrinə hərbi yardım göndərməyə hazırlaşdığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. RTL radiosuna müsahibəsində Meloni deyib: “Böyük Britaniya, Fransa və Almaniya kimi, İtaliya da xüsusilə hava müdafiəsi sahəsində Körfəz ölkələrinə yardım göndərməyi planlaşdırır”.

Meloni qeyd edib ki, bölgədə on minlərlə İtaliya vətəndaşı və təxminən 2000 italyan hərbçisi yerləşir və onların təhlükəsizliyini təmin etmək Roma üçün məsuliyyətdir.

Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Bəhreyni əhatə edən Körfəz Əməkdaşlıq Şurası ölkələri münaqişəyə rəsmi şəkildə tam qoşulmasalar da, Qərbin mühüm hərbi bazalarına və enerji infrastrukturuna ev sahibliyi edirlər. İran isə bu obyektləri dəfələrlə hədəf alıb və bəzilərinə artıq zərbələr endirib.

Избранный
13
ikisahil.az

1Источники