RU

Deputat Müdafiə Nazirliyinə sorğu ünvanladı: "İctimaiyyət vaxtında məlumatlandırılmalıdır"

"Ayın 16-da gecə saat təxminən 01 radələrində paytaxt üzərində naməlum uçan aparat – yəni pilotsuz uçuş aparatı peyda olub. İnsanlar xeyli narahat olub".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Çox təəssüf ki, müvafiq dövlət orqanları bu barədə heç bir açıqlama verməyiblər. “İnformasiya əldə etmək haqqında” qanuna əsasən dövlət orqanlarının borcudur ki, belə hallarda ictimaiyyəti informasiya ilə təmin etsinlər. Eyni zamanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda da qeyd olunur ki, dövlətin siyasəti informasiya sahəsində milli təhlükəsizliyi təmin etməkdir. Belə hallarda, yəni geniş ictimai rezonans doğuran hadisələr barədə məlumat verilmədikdə, bu, çoxsaylı şayiələrin yayılmasına səbəb olur. Təəssüf ki, bu şayiələrin bir qismi dövlət və dövlət orqanlarının gözdən salınmasına yönəlir. Ona görə də hesab edirəm ki, müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirməli və ictimaiyyəti vaxtında məlumatlandırmalıdırlar ki, müxtəlif şayiələr yayılmasın. Mənim qeyd etmək istədiklərim bundan ibarətdir. Xahiş edirəm ki, Milli Məclisin Aparatı mənim bu çıxışımı Müdafiə Nazirliyinə deputat sorğusu kimi qəbul edib göndərsin və onlar da ictimaiyyəti bu barədə məlumatlandırsınlar".

Anar Kəlbiyev

Избранный
22
6
unikal.az

8Источники