RU

İsrail Livan və İrandakı hədəflərə yeni hava hücumları həyata keçirib

İsrail Hərbi Hava Qüvvələri İran və Livandakı hədəflərə yeni kütləvi hava hücumlar həyata keçirib.

Herbiand.az xəbər verir ki, bu barədə İsrail Ordusu sosial media hesabında məlumat yayıb.

Zərbələr Tehranda İran rejiminin infrastrukturuna, eləcə də radikal şiə qrupu Hizbullahın nəzarətində olan Beyrutdakı hədəflərə endirilib.

Livan dövlət xəbər agentliyi NNA İsrailin Beyrut ətrafındakı üç məhəlləyə hücumlarını təsdiqləyib. Agentliyin məlumatına görə, zərbələrdən biri yaşayış binasına dəyib. Həlak olanların dəqiq sayı hələ məlum deyil, lakin Livan Səhiyyə Nazirliyi artıq Efiopiya vətəndaşı olan bir qadının yaralandığını bildirib.

Reuters agentliyinin məlumatına görə, 17 mart gecəsi İran yenidən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və Səudiyyə Ərəbistanındakı hədəflərə zərbə endirib. İranın hücumları İsraildə ən azı iki dəfə raket xəbərdarlıq sirenlərini işə salıb.

Избранный
16
herbiand.az

1Источники