RU

Bakıda çoxmərtəbəli bina yanır

Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Избранный
26
1
metbuat.az

10Источники