RU

Ötən il CƏB-də 3,5 milyard dollar profisit formalaşıb

Müəllif: Mehin Qasımova, Banco.az

2025-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 3,5 milyard dollar təşkil edib. Bu isə 2024-cü ilə nisbətən 24% azdır.

Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.

O qeyd edib ki, 2024-cü ildə ölkənin cari əməliyyatlar hesabının profisitli 4,6 mlrd. dollar təşkil edib.

Samir Nəsirov bildirib ki, cari əməliyyatlar hesabının ÜDM-də payı 4,6 %-ni təşkil edib. CƏB-in ötən il üzrə profisitinin həcmi makro iqtisadiyyatın dayanıqlığı baxımından müsbət hesab edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
35
1
banco.az

1Источники