RU

Rubiodan ABŞ diplomatlarına TƏCİLİ ÇAĞIRIŞ – Martın 20-dək...

ABŞ-ın dövlət katibi Marko Rubio xaricdə fəaliyyət göstərən diplomatlara İrana qarşı tədbirlərin gücləndirilməsi üçün digər ölkələrin hakimiyyətlərinə təzyiqləri artırmaq tapşırığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
 

Məlumata görə, diplomatlara martın 20-dək bu mövqeni yüksək səviyyədə çatdırmaq, İranın və onunla əlaqəli qruplaşmaların imkanlarının məhdudlaşdırılmasına çağırış etmək tapşırılıb. Eyni zamanda, bu istiqamətdə İsrail ilə fəaliyyətin koordinasiyası da nəzərdə tutulur.


Bundan əlavə, ABŞ diplomatik missiyalarına digər ölkələri İslam İnqilabı Keşikçiləri Korpusu və Hizbullah qurumlarını terror təşkilatları kimi tanımağa inandırmaq tapşırılıb.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.

Bizim.Media

Избранный
38
1
bizim.media

2Источники