RU

Deputat Müdafiə Nazirliyini qınadı

Qüdrət Həsənquliyev martın 16-da Bakıda müşahidə olunan PUA ilə bağlı rəsmi məlumatlandırmanın verilməməsini tənqid edib.

"Yeni Sabah" anews.az-a istinadla xəbər verir ki, deputatın sözlərinə görə, müvafiq qurumlar ictimaiyyətə operativ izahat çatdırmayıb.

O bildirib ki, dövlət orqanlarının əsas vəzifələrindən biri vətəndaşları vaxtında və dəqiq informasiya ilə təmin etməkdir:

“Belə hallarda məlumat verilməməsi çoxsaylı şayiələrin yayılmasına səbəb olur və bu da dövlət qurumlarına inama mənfi təsir göstərir”.

Q. Həsənquliyev qeyd edib ki, dövlət orqanları ictimaiyyəti vaxtında məlumatlandırmalı, yaranan suallara aydınlıq gətirməlidir. Deputat əlavə edib ki, onun bu çıxışının Müdafiə Nazirliyinə çatdırılması məqsədəuyğundur.


Telegram kanalımız
Избранный
20
2
yenisabah.az

3Источники