RU

Krım sakini ov tüfəngi ilə 4 polisi güllələdi

Krımda kişi ov tüfəngi ilə dörd polis əməkdaşını yaralayıb.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, martın 16-da polis əməkdaşları istintaq çərçivəsində Stefanovka kəndində 49 yaşlı sakinin yaşadığı ünvana gediblər.

Həmin şəxs polis əməkdaşlarını evə buraxmaqdan imtina edib və ov tüfəngi ilə onlara bir neçə dəfə atəş açıb.

Избранный
35
4
aznews.az

8Источники